Mərkəzi Afrika Respublikasında 163 uşaq sərbəst buraxılıb

BMT-nin Uşaqlara Kömək Fondunun (UNICEF) verdiyi xəbərə görə “Anti-Balaka” üzvləri 5-i qız olmaqla 163 uşağı sərbəst buraxıb.

371343
Mərkəzi Afrika Respublikasında 163 uşaq sərbəst buraxılıb

BMT-nin Uşaqlara Kömək Fondunun (UNICEF) verdiyi xəbərə görə “Anti-Balaka” üzvləri 5-i qız olmaqla 163 uşağı sərbəst buraxıb.
UNICEF nümayəndəsi Məhəmməd Malik Fall “Uşaqların sərbəst buraxılması, sülh və razılıq müddətində ölkədə mübarizə aparan qrupların götürdükləri öhdəliyin yerinə yetirilməsinin bir göstəricisidir. Daha çox uşağın sərbəst buraxılmasına ümid edirik” deyə bildirib.
Məlumata görə may ayından bu zamana qədər 645 uşaq sərbəst buraxılıb, minlərlə uşağın isə silahlı qruplar tərəfindən döyüşçü, aşbaz, kuryer olaraq işlədildiyi təxmin edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr