Pakistanın əvvəlki Baş naziri Gilani haqqında həbs qərarı

Yusuf Rza Gilani haqqında vəzifədə olduğu müddətdə korrupsiya etdiyi ittihamı ilə zaminsiz həbs qərarı verilib.

370599
Pakistanın əvvəlki Baş naziri Gilani haqqında həbs qərarı

  Karaçi məhkəməsi Gilanini rüşvət almaq və vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirir.

  Məhkəmə Gilaninin Baş nazirliyi dövründə - 2008-2013-cü illərdə Ticarət naziri olmuş Makdum Amin Fahim haqqında da eyni ittihamı irəli sürüb və həbs edib.

  Bu iki adamın rüşvət hesabına milyonlarla dollar haqsız qazanc əldə etdikləri söylənilir.

  Xatırladaq ki, Pakistan Xalq Partiyasının liderlərindən biri olan Gilani 2008-2012-ci illərdə Baş nazir olub.

  2013-cü ildə Navaz Şərif Baş nazir olunca özündən əvvəlki dövrə aid korrupsiya faktlarının açılmasını istədiyi üçün ölkənin bir çox siyasətçi, hərbçi və digər vəzifəliləri bürokrat adı ittihamı ilə araşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr