Zibil böhranı "Qoxunuz çıxdı" hərəkatını yaratdı

Livan Ətraf Mühit naziri Məhəmməd Əl-Meşnuk ölkədə böyük etiraz və aksiyalara səbəb olan zibil böhranını həll etmək üçün 6 təmizlik şirkətini tenderə dəvət edib.

369040
Zibil böhranı "Qoxunuz çıxdı" hərəkatını yaratdı

  Livanlı fəalların ictimai paylaşma şəbəkəsi facebook-da başladığı və qısa müddət içində 100 min dəstəkçi qazandığı "Qoxunuz çıxdı" hərəkatı Meşnukun şərhindən sonra Beyrutun hüquq cəmiyyətində toplanıb və məsələni müzakirə edib.

  Hərəkatın səlahiyyətlilərindən olan Mərvan Maluf verdiyi yazılı məlumatda tenderlərin etibarsız olduğunu deyib, zibil problemini həll edə bilmədiyi üçün Maşnukun hesab verməsini istəyib və sonda bütün livanlıları şənbə günü nümayişə çağırıb.

  Livanlıların son günlər göstərdiyi fədakarlığı tərifləyən Maluf nəzarətə alınan bütün nümayişçilərin sərbəst buraxılmasını da tələb edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr