Şimali Koreya ilə Cənubi Koreya arasında sülh danışıqları aparıl

Şimali Koreya ilə Cənubi Koreya arasında bir müddətdir artan gərginliyi aradan qaldırmanın yolları axtarılır.

339754
Şimali Koreya ilə Cənubi Koreya arasında sülh danışıqları aparıl

Bu sǝbǝblǝ iki ölkǝ arasında danışıqlar avqustun 23-də bərpa edilib.

Cənubi Koreyanın YTN telekanalının xǝbǝrinǝ ǝsasǝn, hərbi qarşıdurmanın səngidilməsi məqsədilə aparılan danışıqlar, bağlı qapılar arxasında keçirilir. Danışıqların məzmunu açıqlanmır.

Danışıqlarda Cənubi Koreyadan prezidentin təhlükəsizlik məsələləri katibi Kim Hvan Çjin və milli birlik üzrə nazir Hon Yon Pxye, Şimali Koreadan isǝ Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəhbəri Hvan Byon So və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin birlik məsələləri üzrə şöbəsinin rəhbəri Kim Yan Qon iştirak edir.
Şimali və Cənubi Koreya arasında yaranan böhranın nizamlanması məqsədilə danışıqlar 10 saat davam etsǝ dǝ nǝticǝ ǝldǝ edilmǝdi.
Qeyd edək ki, Koreya yarımadasında vəziyyət avqustun 20-də gərginləşib. Cənubi Koreya bəyan edib ki, ABŞ-la birgə hərbi təlimlər keçirilən zaman Şimali Korea ərazisindən artilleriya atəşinə məruz qalıb. Cənubi Koreya artilleriyası atəş nöqtəsinə cavab zərbələri endirib.
Şimali Koreya isə öz növbəsində bəyan edib ki, Cənubi Koreya heç bir səbəb olmadan atəş açıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr