Livanda UNIFIL-ın vǝzifǝ müddǝti daha bir il uzadılıb

337933
Livanda UNIFIL-ın vǝzifǝ müddǝti daha bir il uzadılıb

Livanda UNIFIL-ın vǝzifǝ müddǝti daha bir il uzadılıb
BMT Tǝhlükǝsizlik Şurası Tǝşkilatın Livandakı Müvǝqqǝti Vǝzifǝ Gücünün (UNIFIL) missiyasını daha bir il uzadıb.
Şura Livan-İsrail sǝrhǝdindǝ sabitlik vǝ tǝhlükǝsizliyin tǝmin edilmǝsinǝ dǝstǝk olmaq mǝqsǝdilǝ UNIFIL-ın vǝzifǝ müddǝtini “Livanda vǝziyyǝtin beynǝlxalq sülh vǝ tǝhlükǝsizliyǝ tǝhdid tǝşkil etdiyinǝ görǝ 2016-cı il avqustun 31-nǝdǝk uzadan qǝrarı yekdilliklǝ qǝbul edib.
Qǝrarda tǝrǝflǝrin hamısına düşmǝnçiliklǝrin dayandırılması vǝ atǝşkǝs qǝrarına ǝmǝl edilmǝsilǝ yanaşı “Mavi Xǝtt”ǝ tamamilǝ ǝtibar edilmǝsi vǝ hüquq pozuntularının qarşısının alınması üçün çağırış edilib.
Qeyd edǝk ki, 2006-cı ildǝ UNIFIL-a dǝstǝk tǝmin edǝn Türkiyǝ TBMM-dǝ keçǝn ay qǝbul etdiyi qǝrarla Türk ǝsgǝrinin Livandakı varlığını bir il uzatmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr