Putinin Krıma sǝfǝri Ukraynada reaksiya ilǝ qarşılanıb

Ukrayna Xarici İşlǝr Nazirliyi Rusiya Rǝhbirliyinin Ukraynadan icazǝ almadığını bildirǝrǝk Moskvaya nota verib.

331765
Putinin Krıma sǝfǝri Ukraynada reaksiya ilǝ qarşılanıb

Rusiya prezidenti Vladimir Putinin Krıma sǝfǝri Ukraynada reaksiya ilǝ qarşılanıb.
Ukrayna Xarici İşlǝr Nazirliyi Rusiya Rǝhbirliyinin Ukraynadan icazǝ almadığını bildirǝrǝk Moskvaya nota verib.
Rusiya prezidenti Vladimir Putin ötǝn gün baş tutan sǝfǝri çǝrçivǝsindǝ bölgǝdǝ olan milli topluluqların nümayǝndǝlǝrilǝ görüşüb.
Krımda 175 fǝrqli etnik topluluğun yaşadığını vurğulayan Putin bildirib ki, bölgǝdǝ sülh vǝ sabitlik ancaq bu xalqlar ilǝ rǝhbǝrlik arasında uyğunluğun tǝmin edilmǝsilǝ mümkün olacaqdır. Krımda yaşayan fǝrqli mǝdǝniyyǝtlǝrǝ mǝnsub vǝtǝndaşların hüquqları da qorunmalıdır.
Putin Krımdakı Tatar nümayǝndǝlǝrlǝ dǝ bir araya gǝlib.
Tatarların Krım üçün çox önǝmli olduğunu ifadǝ edǝn Putin deyib ki, çǝtin günlǝr yaşayan Tatar xalqının vǝziyyǝtinin yaxşılaşdırılması mǝqsǝdilǝ fond ayrılıb.
Putin ölkǝ xaricindǝn Krıma qayıdan Krım tatarları üçün vǝtǝndaşlıq işlǝrinin asanlaşdırıla bilǝcǝyini dǝ söylǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr