Netanyahunun nəzarətə alınması üçün kampaniya

İngiltərə Parlamentinin internet səhifəsində başlanan imza kampaniyasına indidən 65 mindən çox adam dəstək verib.

332554
Netanyahunun nəzarətə alınması üçün kampaniya

  Sayta qoyulan ərizəni Demian (Damian) Moran adlı bir adam qələmə alıb: "Netanyahu keçən il 2 min vətəndaşı öldürdüyü və verdiyi cəzalara görə, Böyük Britaniyaya gəldiyi zaman nəzarətə alınmalıdır".

  100 mindən çox adamdan dəstək alarsa, məsələ Parlament gündəminə gətirilib müzakirə ediləcək.

  İngiltərəyə səfər edəcək Netanyahunun yalnız sentyabr ayı üçün diplomatik toxunulmazlığı var.

  Qeyd edək ki, 2008-ci ildə bir ingilis məhkəməsi Qəzzada edilən müharibə cinayətlərinə görə İsrail hökuməti nümayəndələri üçün həbs qərarı çıxarmışdı. Qərardan sonra dövrün İsrail Xarici İşlər naziri Livni İngiltərə səfərini ləğv etmək məcburiyyətində qaldı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr