10 il öncǝ 8500 yǝhudi Qǝzzadan çıxarılıb

İsrailin Qǝzza Zolağındakı yaşayış mǝntǝqǝlǝrini boşaltmasının 10-cu ildönümüdür.

325839
10 il öncǝ 8500 yǝhudi Qǝzzadan çıxarılıb

İsrailin Qǝzza Zolağındakı yaşayış mǝntǝqǝlǝrini boşaltmasının 10-cu ildönümüdür.
İsrail 10 il öncǝ 8500 yǝhudini Qǝzzadan çıxarmışdır. Qǝrar ilk baxışda fǝlǝstinlilǝrin xeyrinǝ görünsǝ dǝ Qǝzza bir açıq hava hǝbsxanasına çevrilib.
Bununla yanaşı Qǝzzadan çǝkilǝn İsrail İordan çayının Qǝrb Sahili vǝ Şǝrqi Qüdsdǝki yǝhudi yaşayış yerlǝrinin tikinti işlǝrini sürǝtlǝndirib.
İsrailin mǝnbǝlǝrinǝ ǝsasǝn işğal altındakı Fǝlǝstin ǝrazilǝrindǝ ǝn az 531 min yǝhudi sakin yaşayır.
Digǝr tǝrǝfdǝn İsrailin Qǝzzaya yönǝldilmiş 2008, 2012 vǝ 2014-cü illǝrdǝ üç ayrı ǝmǝliyyat hǝyata keçirilib.
“Hǝmas”ın raketlǝrlǝ hücumunu sǝbǝb kimi göstǝrǝn İsrail Qǝzzada daş üstǝ daş qoymadı.
Minlǝrlǝ sakin hǝyatını itirǝrkǝn Qǝzzanın infrastrukturu ilǝ dövlǝt vǝ özǝl binalarına böyük ziyan dǝymişdi.
Sadǝcǝ İsrail yox Misirin giriş-çıxışı bağladığı Qǝzzada yaşayan fǝlǝstinlilǝr üçün çǝtin proses 10 ildir davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr