Soudelor qasırğasında ölü sayı 14-ə yüksəldi

İqtisadi itkilǝr 4 milyard yüena tǝxminǝn 644 milyon dollara çatdı

320398
 Soudelor qasırğasında ölü sayı 14-ə yüksəldi

Çindəki Soudelor qasırğasında ölü sayı 14-ə yüksəldi

Şinhua agentliyi ölkənin şərqindəki Cıciang əyalətində qasırğa səbəbiylə meydana gələn sel və torpaq sürüşmǝsi səbəbiylə 14 nǝfǝrin həyatını itirdiyini, 4 nǝfǝrin dǝ itkin düşdüyünü bildirdi.

Xəbərə görə ölkənin şərq bölgələrində xüsusilə Cıciang, Fucien, Anhui və Ciangşi əyalətlərində 3 milyondan çox insan qasırğadan təsirlənmişdir. Bölgədə elektrik kesintilǝri yaşanmaqdadır.

Qasırğadan ǝn çox tǝsirlǝnǝn Cıciang əyalətində meydana gələn sel və torpaq sürüşməsində 223 ev dağılmış, 272 şose yolu və 43600 hektarlıq əkili sahǝ ziyan görmüşdür. Qasırğaya bağlı təbii fəlakətlər səbəbiylə iqtisadi itkilǝr 4 milyard yüena ,tǝxminǝn 644 milyon dollara çatdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr