Malidəki bir otelə silahlı şəxslər basqın edib

Hadisədə ikisi əsgər olmaqla 4 nǝfǝr həlak olub

318177
Malidəki bir otelə silahlı şəxslər basqın edib

Malinin Sevare qəsəbəsindəki bir otelə silahlı şəxslər  basqın edib.
Hadisədə  ikisi əsgər olmaqla 4 nǝfǝr həlak olub.
Hərbi qaynaqlar xaricilərin  qaldığı otelin mühasirǝyǝ alındığını xəbər verib. 
Oteldə 3 Cənubi Afrikalı, bir Fransız və bir Ukraynalının qaldığını xǝbǝr verǝn hərbi qaynaqlar qərbli qonaqları qaçırtma cəhdi ola biləcəyini qeyd edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr