Obamadan hәm İrana hәm dә Konqresә mesaj

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Vaşinqtondakı Amerika Universitesində İranla imzalanan nüvə razılaşması ilə bağlı çıxışında həm İrana, həm də Konqresə mesajlar verib.

316933
Obamadan hәm İrana hәm dә Konqresә mesaj

 Obama Tehran rəhbərliyinə "nüvə müqaviləsində aldatsanız yaxalarınızı yaxalayacayıq" deyə səslənib. Daha yaxşı bir nüvə razılaşmasının əldə edilməsi ehtimalını qəbul etməyən Obama razılaşmanın rəddi ilə yaxın şərqdə daha bir döyüşə yol açıla biləcəyini iddia edib. Atılacaq hər hansı bir hərbi addımın razılaşmadan daha az təsirli olacağı fikirində olan Amerika prezidenti nüvə silahına malik İranın sanksiyaların qaldırıldığı İrandan daha təhlükəli olacağını xatırladıb. Konqresin narahatlıqlarını aradan qaldırmağa çalışan Obama razılaşmaya maneə törədiləcəyi halda İranın nüvə silahı hazırlama prosesini daha da sürətləndirəcəyini qeyd edib. Obama razılaşmanın İsrail ilə ixtilafa yol açacağı səbəbi ilə ləğv edilməyəcəyini vurğulayaraq bildirib ki, razılaşma ləğv olunacağı təqdirdə bu ölkəsinin beynəlxalq arenadakı bütün etibarlarını yox edəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr