Aralıq dənizində növbәti qaçaq immiqrant faciəsi

Liviyadan İtaliyaya gedәn vә göyәrtәsindә yüzlәrlә qaçaq immiqrantın olduğu balıqçı gəmisi batıb.

316913
Aralıq dənizində növbәti qaçaq immiqrant faciəsi

600 qaçqının olduğu təxmin edilən gəmi qәzasından dәrhal sonra İtalya sahil mühafiz qüvvәlәrinә mesaj göndәrilәrәk yardım tәlәb edilib.
İtalyan səlahiyyətlilәrin tәlimatı ilә iki gәminin hadisәnin cәrәyan etdiyi yerә cәlb oldunğu, ancaq xeyli sayda qaçaq immiqrantın itkin düşdüyü bildirilir. İrlandiyanın Aralıq Dәnizdәki donanmasına mәxsus bir gәmi dә qatıldığı Axtarma vә xilas etmә fәaliyyәtlәri gecə boyu davam edib. Axtarışlar nәticәsindә 400 qaçqın xilas edilәrkәn 25-nin cәsәdi çıxarılıb.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə cari ildә, geyri qanuni yollarla başqa ölkәlәrә getmiyә cәhd edәn immiqrantlardan 2 mindәn çoxu hәyatını itirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr