Şimal Qütbü üçün rəqabət

Neft nəhəngləri bölgədən pay ala bilmək üçün məşğul

316756
                 Şimal Qütbü üçün rəqabət

Şimal Qütbünü bölmǝk mübarizəsi qızışır

Qlobal istiləşmə buzlaqların əriməsiylə ilə birlikdə, Qütübdǝki yeraltı zənginliklərin mövcud olması  neft nəhənglərini bölgədən pay ala bilmək üçün məşğul edir.

Rusiya Birləşmiş Millətlərdən Şimal Buzlu Okeandakı böyük bir bölgənin ona verilməsini rəsmən tǝlǝb etdi.

Rusiya Cənubi Afrika böyüklüyündəki bölgənin öz kontinental şelfini genişlǝndirilmǝsini müdafiə edir.

Bir çox neft nəhəngi kimi Şimal Qütb bölgəsinə xüsusi maraq göstərən Rusiya, dövlǝtin marağını qorumaq üçün bəzi nöqtələrə xüsusi hərbi birlikləri sǝfǝrbǝr edib .

Danimarka da keçən il, torpaqlarının 20 qat böyüklüyündəki bir sahədə suverenlik hüquqları üçün Birləşmiş Millətlər Təşkilatına rəsmi olaraq müraciət etmişdi.

Suverenlik hüquqlar mövzusunda çəkişən Kanadanın da müraciəti gözlənilərkən Birləşmiş Millətlər Təşkilatının qərar verməsinin uzun illər alacağı ifadə edilir.

Şimal Buzlu Okeanını  əhatə edən ölkələr Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada, Danimarka və Norveç, bölgədə böyük bir sahəyə yayılan dəniz yatağının necə bölüşüləcəyi  mövzusunda rəqabət içindədir.  
Qütblər Birləşmiş Millətlər Təşkilatının dənizlər qanunu ilə idarə olunur. 

Şimal Qütbünün daha uzaq sahələri kimsəyə aid olmadığından, burada şərtlər çox daha çətindir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr