"Çin rəhbərli, torpaq qazanma layihələrinə son verməli"

20-ABŞ dövlət katibi Con Kerri Çin rəhbərliyinin Cənubi Çin dənizindəki torpaq qazanma layihələrinə son verməsinin vacib olduğunu söyləyib.

315863
"Çin rəhbərli, torpaq qazanma layihələrinə son verməli"

Bu haqqda Kerri Malayziyanın paytaxtı Kuala Lumpurda Cənubi Şərqi Asiya Ölkələri Əməkdaşlıq Təşkilatı olan ASEAN-nın 48 –ci xarici işlər nazirlərinin toplantısı çərçivəsində təşkil edilən regional təhlükəsizlik forumunda danışıb. Cənubi Çin dənizindəki ərazi mübahisələri mövzusunda evvektiv həll variantının lazım olduğunu ifadə edən Kerri ölkəsinin ASEAN üzvlərinin tez-tez dilə gətirdiyi sülh və sabitliyi mühafizə etmə istəklərinə qatıldığını qeyd edib. Kerri bölgədəki dəniz yolu və balıqçılıq sahəsinin təhlükəsizliyinin təmin edilməsini və anlaşılmazlıqların beynəlxalq hüquq əsasında sülh şəkildə həll edilməsini istədiklərini dilə gətirib. Digər tərəfdən Amerikalı bir səlahiyyətli Kerrinin Çin xarici işlər naziri Vang Yi ilə mətbuatın iştirakı olmadan bir görüş keçirdiyini də söyləyib. Kerri ABŞ-ın bölgədəki gərginlik və Çinin torpaq qazanma fəaliyyətləri ilə əlaqədar narahatlıqlarını bildirib və mövzunun diplomatik yollarla həll edilməsinin lazım olduğunu dilə gətirib. Çin xarici işlər naziri Vang Yi dünən jurnalistlərə açıqlamasında ASEAN-nın Cənubi Çin dənizindəki ərazi mübahisələri mövzusunda ikili standart izləmədən ədalətli bir mövqe sərgilənməsini gözlədiklərini ifadə edib. Çin keçən həftə Cənubi Çin dənizində həqiqi güllələr istifadə edərək indiyə qədər ki, ən böyük hərbi manevrini həyata keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr