Rusiya DEAŞ-la mübarizə üçün beynəlxalq cəmiyyətə çağırış  etdi

Putin DEAŞ-a qarşı Şam və Bağdad rəhbərlikləri ilə yerli qüvvǝlǝrin ittifaq qurmasını nəzərdə tutan bir plan hazırlandı

314829
Rusiya DEAŞ-la mübarizə üçün beynəlxalq cəmiyyətə çağırış  etdi


Rusiya terror təşkilatı DEAŞ-la mübarizə üçün beynəlxalq cəmiyyətə geniş miqyaslı əməkdaşlıq çağırışı etdi.

Kremlin sözçüsü Dimitri Peskov təşkil etdiyi mətbuat konfransında terror təşkilatı DAEŞ-ın Suriya və İraqda gücünü hər keçən gün artırdığını irəli sürərək, təşkilatla səmərəli mübarizə üçün beynəlxalq cəmiyyətə əməkdaşlıq çağırışı etdi.

Amerika Birləşmiş Ştatları başçılığında qurulan Qərb ittifaqının DEAŞ-la mübarizədə nəticə ala bilmədiyini düşünən Kremlin rəhbərliyinin təşkilata qarşı Bağdad və Şam arasında ittifaq qurulmasını dəstəklədiyi bildirilir.

Rusiya Dövlət Başçısı Viladimir Putinin, DEAŞ-a qarşı Şam və Bağdad rəhbərlikləri ilə yerli qüvvǝlǝrin ittifaq qurmasını nəzərdə tutan bir plan hazırlandığı və bunun da xarici işlər naziri Lavrov tərəfindən Körfəz Əməkdaşlıq xarici işlər Nazirlərinin Dohadakı konfransı zamanı Amerika Birləşmiş Ştatları xarici işlər naziri John Kerryǝ çatdırıldığı bildirilir.

Digər tərəfdən  rəsmi bir ziyarət üçün Bağdadda olan İngiltərə Müdafiə naziri Michael Fallon, İraq ordusuna dəstək verməyi davam etdirəcəklərini söylədi.

Fallon DEAŞ-a qarşı hava hücumlarının da davam edəcəyini ifadə etdi.

Əl-Qaidənin Suriya qolu Əl Nusra isǝ , eğit təchiz et layihəsi çərçivəsində öyrədilən 5 müxalifi daha qaçırdı.

Əl Nusra  daha əvvəl də Hələb yaxınlarında 17 müxalif  qaçırmışdı. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr