Obama "Təmiz Enerji Planı" nı açıqlayıb

ABŞ prezidenti Barak Obama ölkədəki enerji stansiyalarının qazdan istifadəsini 2030-cu ilə qədər 32 faiz azaldılmasını nəzərdə tutan "Təmiz Enerji Planı" nı açıqlayıb.

313764
Obama "Təmiz Enerji Planı" nı açıqlayıb

ABŞ prezidenti Barak Obama ölkədəki enerji stansiyalarının qazdan istifadəsini 2030-cu ilə qədər 32 faiz azaldılmasını nəzərdə tutan "Təmiz Enerji Planı" nı açıqlayıb.
Obama iqlim dəyişikliyi ilə mübarizədə tarixi əhəmiyyətə malik olan "Təmiz Enerji Planı" nı Ağ Evdə keçirilən toplantıda açıqlayıb. İqlim dəyişikliyinin ən çox uşaqlara, yaşlılara, kasıblara və ürək-ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təsir etdiyini deyən Obama "Bizlər iqlim dəyişikliyinin təsirlərini hiss edən ilk və bununla bağlı bir şeylər edə biləcək son nəsilik" deyə bildirib.
Obamanın iddialı iqlim planı respublikaçıların reaksiyasına səbəb olub. Obamanın iqlim hədəflərinin həqiqi olmadığını və ölkǝ iqtisadiyyatının inkişafına mane olacağını düşünən respublikaçı senatorlar planın həyata keçiriləcəyi tədqirdə milyonlarla amerikalının daha yüksək elektrik haqqı ödəmək məcburiyyətində qalacağını bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr