Körpə cinayəti

Meir Ettinger adlı yəhudi nəzarətə alındı

314401
                        Körpə cinayəti

Körpə cinayəti 

 İsraildə radikal qruplarla əlaqəli olduğu bildirilən 24 yaşındakı Meir Ettinger adlı yəhudi nəzarətə alındı.

Təxminən bir ildir Qərbi Şeriyə və Qüdsə daxil olması qadağan edilǝn Ettinger 18 aylıq fələstinli körpənin cümə axşamı günü Yəhudi mühacirlər tǝrǝfindǝn yandırılaraq öldürülməsinin ardından nəzarətə alınan ilk Yəhudi oldu. Ettinger ayrıca, iyun ayında İsrailin şimalındakı bir kilsənin yandırılmasında rol oynayan şübhəlilərdǝn biridir.

İsraildə yayımlanan Jerusalem Post qəzeti Şin Betten Ettingerın " Yəhudi təşkilatlarla həddindən artıq əlaqəsi olduğundan ötəri nəzarətə alındığını" yazdı.

Xəbərdə ayrıca Ettingerın, "aşrı milliyyətçi xadim, ideoloq Meir Kahanenin nəvəsi olduğu" da ifadə edilib.

ABŞ-da anadan olan Kahanenin İsraildə qurduğu Kach partiyası irqçiliyi yaydığı üçün 1988-ci ildə qeyri-qanuni elan edilmişdi.

 

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr