BMT terror aktlarını qınayıb

Birləşmiş Millətlər Təşkilatı terror təşkilatı PKK və digər bütün terror təşkilatlarının həyata keçirdiyi terror aktlarını qınayıb.

305984
BMT terror aktlarını qınayıb

BMT baş katibinin sözcüsü Stephan Dujarric bildirib ki, baş katib Ban Gi-Mun terror aktları ilə bağlı Türkiyə hökuməti və xalqına bazar ertəsi baş sağlığı verib və bütün terror hücumlarını qınamaqda davam edəcəklərini deyib. BMT baş katibinin sözcüsü PKK-nın hərəkətlərini xüsusi olaraq qınadıqlarını dilə gətirib. BMT Baş katibi Ban Gi-Mun mətbuat xidməti vasitəsi ilə verdiyi açıqlamasında Türkiyə ilə PKK üzvüləri arasında artan gərginlikdən narahat olduğunu ifadə edərək problemin sülh yolu ilə həll olunması üçün tez bir zamanda dialoqun bərpa ediləcəyinə ümid etdiyini ifadə edib. BMT-nin baş katibi tərəfləri keçmişdəki çox acı və kədərli günlərə dönməkdən qaçmağa çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr