Yaponiyada  Fukuşima nüvə stansiyasında tǝmir işlǝri başladı

Radiasiya səbəbiylə uzaqdan əmr metodundan istifadə edilir

305240
Yaponiyada  Fukuşima nüvə stansiyasında tǝmir işlǝri başladı

Yaponiyada 2011-ci ildəki zəlzələ və tsunamidǝ zərər görən və radiasiya yayan Fukuşima nüvə stansiyasında tǝmir işlǝri başladı.

1 nömrəli reaktörün tǝmirindǝ , qəza sonrası yığılan yüksək nisbətdəki radiasiya səbəbiylə uzaqdan əmr metodundan istifadə edilir.

Damın sökülməsinin bir neçə ay davam etməsi gözlənilir.

Reaktörü əhatə edǝn panellərin qaldırılmasından sonra dağıntı tǝmizlǝmǝ işləri başlayacaq.

Reaktordan əriyərək ,aşağıdakı mühafizə kabinetinin altına endiyi fərz edilən yanacaq çubuqlarının çıxarılması yüksək radiasiya təhlükəsi üzündən robotlarla hǝyata keçǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr