Yəməndə 5 günlük atəşkəs

Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin, prezident Mansur Hadinin tələbi üzərinə elan edilәn 5 günlük atəşkəs qәrarı qüvvәyә minib.

347464
Yəməndə 5 günlük atəşkəs

Koalisiya qüvvәlәri Komandirliyindәn verilәn açıqlamada növbәti atəşkəs qәrarının 23: 59dan etibarәn qüvvəyə mindiyi bildirilib.
Daha əvvəl 12 May və 10 İyulda elan edilən hümanitar məqsədli atəşkəs ilә bağlı pozuntuların olduğu müşahidә edilmişdi.
Digәr tәrәfdәn atəşkəs qәrarının hәyata keçirilmәsindәn bir neçә saat әvvәl Səudiyyə Ərəbistanı qırıcıları Әdәn və Taz şəhərlərinә avia hücum tәşkil ediblәr.
Әdәnin şimalındakı Husi mövqelərini və strateji əhəmiyyətə sahib El Anad hava bazasını hədəf götürәn qırıcıların bombaladıqları Taiz şəhərindә 80 nәfәr hәyatını itirib, 150 nәfә yaralanıb.
Yəməndə Mart ayında başlayan vәtәndaş müharibәsindә ölәnlәrin sayı 4 min nәfәrә çatıb. Xalqın әksәriyyәti isә aclıq vә sәfalәtdә yaşayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr