Müsəlmanların getdiyi bir yemǝkxanaya əl qumbarası atılıb

Ramazan Bayramında iki adam tərəfindən hücum təşkil edilib

346437
Müsəlmanların getdiyi bir yemǝkxanaya əl qumbarası atılıb

İsveçin Malmö şəhərində müsəlmanların getdiyi bir yemǝkxanaya əl qumbarası atıldı. Qumbaranın pəncərəyə dəyib çölə düşməsi nəticəsində binanın qarşısında partlayıb. Hadisədə bir nəfər yaralanıb.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmönün Grängesbergsgatan məhəlləsində olan və müsəlmanların Ramazan Bayramı əyləncəsi üçün getdiyi yemǝkxanaya şəxsiyyəti naməlum iki adam tərəfindən hücum təşkil edilib.

Malmö Təhlükəsizlik Müdirliyi tǝrǝfindǝn bildirilǝn mǝlumatda 6 saatlıq bir araşdırmanın ardından dəlil yığıldığı  və hücumu edən iki adamın axtarıldığı qeyd edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr