Fransada kəndlilər etiraza qalxıb

Şimali Normandiya bölgəsinin Caen şəhərində fermerlər məhsulun alış qiymətlərinin aşağı olmasına etiraz bildirərək yolları traktor və yük maşınıları ilə bağlayıblar.

383288
Fransada kəndlilər etiraza qalxıb

  Hökumətin qiymətlərə müdaxilə etmədiyini deyən etirazçılar qiymətlərin əsil eniş səbəbinin supermarketlər olduğunu söyləyiblər.

  Fransa Kənd Təsərrüfatı naziri məsələni həll etmək üçün fermerləri Parisə dəvət edib. Təklifi rədd edən fermerlər, əksinə, naziri nümayiş edilən bölgəyə çağırıblar.

  Fransa prezidenti Fransua Hollande isə həftəsonu etdiyi çıxışında ölkədə əkinçiliyin və heyvandarlığın inkişafı üçün dəstək təmin edilməsi lazım olduğunu bildirmişdi. Marketlərdə ucuz ət istehlakçılarını yerli et istehsal etməyə çağırmışdı.

  Kənd təsərrüfatı sektorunda əhəmiyyətli ölkələrdən biri olan Fransada aşağı alış qiymətlərinin təxminən 22 min əkinçiyə zərər verəcəyi təxmin edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr