Donetsk şәhәri hücum altındadır

Ukraynanın şərqində qarşıdurmalar,12 Fevralda Minsk atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq davam edir.

382220
Donetsk şәhәri hücum altındadır

Üsyançıların komandiri Petroviç bildirir: Bütün məhdudiyyətlərə baxmayaraq, hər kəs bu münaqişənin məntiqi sonluğunu görmək istəyir. Biz isə, hərbiçi kimi atəş açmamaq üçün əmr almışıq”

Hər iki tərəf atəşkəsi pozmaqda bir-birilərini təqsirləndiriblər. Rəsmi Kiyev üsyançıları Minsk razılaşmanı pozmaqda və razılaşma əsasında qadağan olunmuş silahlardan istifadə etmək ittiham edir.
Üsyançılar hökumət qüvvələrinin atəşi nəticəsində təbii qaz kəmərininin sıradan çıxdığını bildiriblər.
Fevral ayında Minskdə əldə olunan atəşkəs əsasında tərəflər təmas xəttindən ağır hərbi texnikanı geri çəkməyə dair razılığa gəlmişdilər.
Ukraynada münaqişələr başlayandan indiyə kimi 6500-dən çox insan öldürülüb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr