Kolumbiya ilə FARC arasında tarixi razılaşma

Kolumbiya hökuməti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr - FARC (FARK) aralarında illərdir davam edən silahlı qarşıdurmanın azaldılması istiqamətində tarixi bir razılaşmaya imza atılıb.

379439

Razılaşma tərəflər arasında müzakirələrin davam etdirildiyi Kubanın paytaxtı Havanada imzalanıb.
Görüşlərdə vasitəçi olan norveçli və kubalı diplomatlar "FARC'ın hücumlarının dayandırılması qarşılığında iyulun 20-dən etibaran Kolumbiya dövlətinin də hərbi hərəkatı səngidəcəyini açıqlayıb.
Qeyd edək ki, tərəflər arasında 2012-ci ildən bəri sülh danışıqları aparılır. Danışıqlarda Norveç və Kuba “qarant", Venesuela və Çili isə “müşayiətçi” ölkə olaraq iştirak edir.
Kolumbiyada 1964-ci ildən bəri davam edən vətəndaş müharibəsində 200 mindən çox insan ölüb, 6 milyona yaxın insan evini tərk etmək məcburiyyətində qalıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr