Kiber hücumu istefaya səbəb oldu

Amerika Birləşmiş Ştatlarında hakerlərin 21 milyondan çox insanın mühüm məlumatlarını oğurladığı təhlükəsizlik qalmaqalı Personal İdarəetmə Qurumunun direktoru Ketrin Arçuletanın (Katherine Archuleta) istefasına səbəb olub.

378623
Kiber hücumu istefaya səbəb oldu

  O, istefa ərizəsini prezident Barak Obamaya təqdim edib.

  Ağ Evdən verilən məlumata görə, Arçuletanın yerinə bu vəzifənin qurumda direktor yardımçısı çalışan Bet Kobertə həvalə edilməsi müzakirə olunur.

  Xatırladaq ki, iyunun əvvəlində Personal İdarəetmə Qurumundan milyonlarla adamın ünvanları, nömrələri, cinayət qeydləri və maliyyə məlumatları oğurlanıb. Ölkədə son illərin ən böyük təhlükəsizlik oğurluğu sayılan bu hadisədən sonra Daxili Təhlükəsizlik Nazirliyi və Federal İstintaq Bürosu istintaqa başlayıb. Mediada kiber hücumun Çin hökuməti və ya çinli hakerlər tərəfindən edildiyi xəbərləri yayılsa da, qarşı tərəfdən bunu boynuna götürən cavab gəlməyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr