Hərbi liseyin şagirdlərinə NASA-dan mükafat

Bursa İşıqlar Hərbi Hava Liseyi şagirdləri tərəfindən hazırlanan "radiasiyadan qoruyucu material" ABŞ-da keçirilən dünya liseylərarası layihə yarışmasında kimya bölməsi üzrə ikinci yerə layiq görülüb.

338805
Hərbi liseyin şagirdlərinə NASA-dan mükafat

1700 layihə arasında ikinci yeri qazanan "Milli Qalxan: Natrium Pentaborat Layihəsi" həmçinin NASA-nın mükafatına da layiq görülüb.
"Radiasiyanın zərərli təsirlərinə qarşı insanlığı qorumaq üçün nələr edə bilərik?" sualına cavab axtaran lisey şagirdləri neytron mühafizə edən material hazırlayiblar. Metarial radiasiya testlərinin nəticələrə 100 faizlik qorumanı təmin edir.
Bursa İşıqlar Hərbi Hava Liseyi şagirdləri iki illik araşdırma müddətində NASA və CERN kimi təşkilatlarlarla bərabər 8 universitet və bir çox ictimai qurumlarla əlaqə yaradıblar.
Mükafata layiq görülən metarial radiasiyanın mövcud olduğu hər sahədə istifadə üçün nəzərdə tutulur. Çünki bu maddə hazırda radiasiyadan qorunmaq məqsədilə istifadə edilən qurğuşundan 10 qat daha yüngül, 136 dəfə daha ucuz, ətraf mühitə və insan sağlamlığına zərərsizdir.
Xatırladaq ki, Bursa İşıqlar Hərbi Hava Liseyi şagirdləri sözügedən layihə ilə keçən il Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən keçirilən məktəblərarası yarışmada kimya kateqoriyasında Türkiyə birincisi seçilmişdi.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr