"Srebrenitsa layihəsi" bu gün səsverməyə çıxarılır

Qəbul ediləcəyi halda Srebrenitsada soyqırım törədildiyi qəbul edilmiş olacaq.

334976
"Srebrenitsa layihəsi" bu gün səsverməyə çıxarılır

Bosniya müharibəsində serblər tərəfindən Srebrenitsada törədilən qətli bosniyalıların xatırlaması məqsədilə hazırlanan BMT Təhlükəsizlik Şurasının qərar layihəsi bugün səs verməyə təqdim ediləcək.
Qəbul ediləcəyi halda Srebrenitsada soyqırım törədildiyi qəbul edilmiş olacaq.
Beynəlxalq Ədalət Məhkəməsi və Köhnə Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsi əvvəllər Srebrenitsada işlənən cinayətləri soyqırım olaraq dəyərləndirmişdi.
Xatırladaq ki, Bosniya müharibəsi zamanı BMT-nin təhlükəsiz bölgə elan etdiyi Srebrenitsa 1995-ci il iyulun 11-də Ratko Miladiçin rəhbərliyi ilə serb qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı BMT tərkibindəki hollandiyalı əsgərlərə pənah gətirən bosniyalılar serblərə təslim edilib.
Avtobus və yük maşınlarına mindirilən bosniyalılardan 8 min 372 nəfəri aparıldıqları meşədə, fabriklərdə, anbarlarda vəhşicəsinə qətlə yetirilib. Öldürülənlərin cənazələri ölkədəki müxtəlif kütləvi məzarlarda basdırılıb.

Soyqırım zamanı öldürülənlərin bəzilərinin cəsədləri hələ də tapılmayıb.
Bu arada Qaralar geyən Qadınlar Dərnəyi tərəfindən Serbiyanın paytaxtı Belqradda aksiya təşkil edilib. Aksiyada “Srebrenitsa heç bir zaman, heç bir yerdə, heç kimsəyə təkrarlanmasın"mesajı verilib.
Avropada İkinci Dünya müharibəsinin ardından yaşanan ən böyük insanlıq faciəsi olaraq qəbul edilən Srebrenitsa soyqırımının 20-ci ildönümü münasibətilə təşkil edilən aksiyada soyqırımının bütün insanlığın problemi olduğu vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr