"Müsəlmanlar alman cəmiyyətinin əhəmiyyətli hissəsidir",T.Meziye

Almaniya Daxili İşlər naziri Tomas de Meziyer Almaniyadakı hər bir müsəlmanın cəmiyyətin dəyərli və əhəmiyyətli bir parçası olaraq qəbul edildiyini deyib.

334957
"Müsəlmanlar alman cəmiyyətinin əhəmiyyətli hissəsidir",T.Meziye

Almaniya Daxili İşlər naziri Tomas de Meziyer Türk İslam Birliyi Dini İdarəsinin Berlin Təşkilatının Şəhidlik Məscidində təşkil etdiyi iftarda çıxış edib.
Meziyer Almaniyadakı hər bir müsəlmanın cəmiyyətin dəyərli və əhəmiyyətli bir parçası olaraq qəbul edildiyini deyib. Bildirib ki, hazırda Almaniyada 5 milyona yaxın müsəlman yaşayır ki, bu da cəmiyyətin 5 faizini təşkil edir.
İftara Türkiyənin Berlindəki səfiri Hüseyn Avni Karslıoğlu alman və türk siyasətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr