BP-dən rekord təzminat

BP Amerika Birləşmiş Ştatları hökuməti və 5 ştata 18 milyard 700 milyon dollarlıq təzminatı ödəməyi qəbul edib.

330686
BP-dən rekord təzminat

Neft nəhəngi British Petroleum (BP) şirkəti 2010-cu ildə Meksika körfəzində neft sızıntısı səbəbindən körfəzi çirkləndirdiyi üçün rekord təzminat ödəyəcək.
BP Amerika Birləşmiş Ştatları hökuməti və 5 ştata 18 milyard 700 milyon dollarlıq təzminatı ödəməyi qəbul edib.
Hadisədən ən çox zərər görən ştatlardan olan Floridada tərəflər arasında əldə olunan razılaşmanın məhkəmə tərəfindən də təsdiqlənməsi gözlənilir.
Xatırladaq ki, Deepwater Horizon neft platformasında baş verən partlayış 11 adamın ölümünə və təbiətin çirklənməsinə səbəb olmuş, milyonlarla barrel neft Amerika Birləşmiş Ştatları sahillərinə axmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr