Sülh danışıqları ümidverici mәrhәlәyә çatıb

Avropa İttifaqı Parlamentinin sәdri Martin ŞULZ, “Kıbrısda sülh mövzusunda ümidimiz heç bu qədər yüksək olmamışdı” deyib.

328186
Sülh danışıqları ümidverici mәrhәlәyә çatıb

Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Mustafa Akıncı Brüsselә sәfәrinin 2-ci günündə Avropa İttifaqı Parlamentinin Başçısı Martin ŞULZ ilə görüşüb.
Görüşdәn sonra verdiyi açıqlamada Avropa İttifapının müzakirələri yüksәk qiymәtlәndirdiyini ifadә edәn ŞULZ “Parlament olaraq güclü dəstək veririk. Prosesin uğurla nәticilәnmәsi üçün lazımlı sәyi etmәkdә davam edәcәyik” deyә vurğulayıb.
Şimali Kıbrıs Türk Respublikasının Prezidenti Akıncı da ədalətli bir həll prosesinin həm Ada həm bölgə təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıdığına diqqət çəkәrәk “ Əhatəli bir hәll yolu ilә uşaqlarımız üçün etibarlı bir gələcək yaradmaq istəyirik. Kıbrıs Türkü daha təcrid altında yaşamaq istәmir “ deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr