Guantanamo həbsxanası bağlanılır
Amerika Birləşmiş Ştatları Dövlət Katibliyi Quantanamo həbsxanasının bağlanılması yolunda əhəmiyyətli bir addım atıb.
326906
Dövlət katibi Con Keri (John Kerry) Milli Təhlükəsizlik Şurasında Həddindən Artıq Təhdidlər Direktorluğunda çalışan vəkil Li Voloskini (Lee Wolosky) xüsusi nümayəndə təyin edib.
Keri Voloskinin başçılığı ilə Quantanamo həbsxanasının bağlanılması üçün həyata keçirilən diplomatik işlərə, dustaqların başqa ölkə həbsxanalarına göndərilməsilə bağlı görüşlərə birbaşa nəzarət edəcəyini bildirib.
Qeyd edək ki, həbsxanada hal-hazırda 100-dən çox məhbus var.
Әlaqәli Xәbәrlәr
İsrailin Livana hücumları nәticәsindә hәyatını itirәnlәrin sayı artmaqda davam edir
İsrailin Livana hücumları nəticəsində həlak olanların sayı 558 nəfərə çatıb