"Adadakı sülh prosesi ümidverici bir sürətlə irəliləyir"

Şimali Kıbrıs Türk Respublikasının prezidenti Mustafa Akıncı adadakı sülh prosesinin ümidverici bir sürətlə irəlilədiyini söyləyib.

327014
"Adadakı sülh prosesi ümidverici bir sürətlə irəliləyir"

Mustafa Akıncı Brüsselə 3 günlük rəsmi səfəri zamanı ilk olaraq Avropa İttifaqı Komissiyasının rəhbəri Jan Klod Yunker ilə görüşüb. Akıncı görüş zamanı Kıbrıs sülh müzakirələrinin çox sürətli və nəticəverici olduğunu, Avropanın da müzakirələri yaxından təqib etdiyini bildirib. Akıncı Avropa İttifaqından bir nümayəndənin müzakirə prosesinə texniki məsləhətçi kimi qatılmasına da müsbət yanaşdığını, amma o, müzakirə masasında Birləşmiş Millətlər Təşkilatını əvəz edə bilməz" deyib.
Mustafa Akıncı danışıqları Avropa Parlamenti və Avropa Şurasında da davam etdirəcək.
Qeyd edək ki, Jan Klod Yunkerin bu ay adanın şimalını ziyarət etməsi, daha sonra türk və yunan liderlərlə görüşəcəyi gözlənilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr