Fransada narıncı həyəcan siqnalı

Hava istiliyinin 40 dərəcəni aşacağı 26 bölgə üçün '' narıncı həyəcan '' siqnalı verildi

326663
            Fransada narıncı həyəcan siqnalı

Fransada narıncı həyəcan siqnalı

Paytaxt Paris başda olmaq üzrə ölkə daxilindǝ vǝ cənub-qərb bölgələrdə, dörd gün müddətlə həddindən artıq isti hava təsirli olacaq.

Səlahiyyətlilər şiddǝtli hava istiliyinin 40 dərəcəni aşacağı 26 bölgə üçün '' narıncı həyəcan '' siqnalı verdi.

Paris üçün həddindən artıq istinin təsiri ilə hava çirkliliyi həyəcanı da verildi.

Havadakı ozon miqdarının bir kubmetrdǝ 180 qramı keçdiyinin xəbərdarlığını verǝn səlahiyyətlilər lazım olmadıqca xüsusi vasitǝlǝrini istifadǝ etmǝsinlǝr xǝbǝrdarlığını da  verdi. Fransanı 2003-ci ilin avqust ayında təsiri altına alan isti hava dalğası əsnasında çoxu yaşlı və tək yaşayan təxminən 20 min insan həyatını itirmişdi.

İsti hava dalğasının İspaniya, Belçika və İngiltərədə də gündəlik həyata mənfi təsir etməsi gözlənilir.

 



Etiketlәr:

Әlaqәli Xәbәrlәr