Yunanıstan kritik günlər yaşayır

Avropalı kreditorlarla razılığa gələ bilməyən Yunanıstan kritik günlər yaşayır.

324043
Yunanıstan kritik günlər yaşayır

Qərarı maraqla gözlənilən Maliyyə Sabitlik Şurasının konfransı sona çatıb. Yığıncaqdan sonra ölkənin Baş naziri Aleksis Çipras borc içərisindəki bankların 6 gün bağlı qalacağını açıqlayıb.
Bu müddət ərzində bankomatlardan yalnız 60 Avro çəkmək mümkün olacaq. İyulun 6-na qədər banklarla bərabər birjalar da açılmayacaq və sərmayə nəzarəti tətbiq olunacaq.
Avropa Mərkəzi Bankının dəstəyi hesabına idarə olunan Yunan banklarının bu dəstəyin kəsilməsi durumunda pul tapa bilməmə riski çox yüksəkdir.
Pul çətinliyi yaşayan və iyunun 30-na qədər Beynəlxalq Valyuta Fondunun 1.6 milyard dollarlıq borcunu ödəmək məcburiyyətində olan ölkə iflas təhlükəsi ilə üz-üzədir.
Yunanıstanda xalq Avropanın kredit üçün irəli sürdüyü şərtlərə "bəli", ya da "xeyr" demək üçün bazar günü referenduma gedəcək .

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr