Putin və Obama telefonla danışıblar

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obamaya zəng edərək dünyada gedən son ictimai-siyasi problemləri müzakirə ediblər.

320160
Putin və Obama telefonla danışıblar

  Ağ Evdən verilən məlumata görə, Obama Putindən Rusiyanın hərbi birlik və təchizatlarını Ukrayna sərhədlərindən geri çəkməsini və atəşkəsə riayət etməsini istəyib.

  İki dünya lideri Ukrayna böhranı, Yaxın Şərq problemlərindən başqa, eyni zamanda, terror təşkilatı DEAŞ-la mübarizədə ortaq hərəkət edilməsi, Suriyadakı vəziyyət, İranın nüvə silahının qarşısını almaq üçün altılıq (P 5 + 1) ölkələrilə həmrəylik məsələləri barədə də fikir mübadiləsi aparıblar.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr