Fransada terror aktı

Terrorçuların bu dəfəki hədəfi təbii qaz zavodu oldu.

320999
Fransada terror aktı

Fransanın Grenoble bölgesindeki təbii qaz zavoduna terror hücumu olub.

2 və ya 3 nəfər olduqları təxmin olunan terrorcular zavod işçilərindən birinin başını kəsərək qətlə yetirib, çox sayda insanı yaralayıblar.

Şahidlərdən alınan məlumata görə terrorçular içərisində olduqları avtomobili Lyon yaxınlarındakı zavodda qaz konteynerinə vurublar.

Nəticədə, Amerikan şirkətinə aid zavodda yanğın və partlayışlar baş verib, çox sayda insan yaralanıb.

Zavodda başı kəsilmiş bir cəsəd və üzərində ərəbcə yazılan bir bayraq tapılıb.

Alınan məlumatlara görə, polis bir şübhəlini yaxalayıb.

Fransa Daxili İşlər Naziri Bernard Cazeneuve proqramlarını ləğv edərək hadisə yerinə gedib. Fransa Prezidenti Francouis Holland da Avropa İttifaqı sammitinə olan səfərini yarım qoyaraq ölkəsinə dönür.

Hücumu bir terror aktı olaraq dəyərləndirən Fransa Prezidenti hadisə ilə əlaqədar tədqiqat başladığını söyləyib.

Yaxalanan şübhəlinin uzun zamandan bəri Fransa kəşfiyyat idarəsi tərəfindən təqib olunduğu bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr