Tətbiq olunan oruc qadağasına kəskin reaksiya göstərilib

Dünya Müsəlman Alimlər Birliyi Çinin Sincan Uyğur Muxtar Vilayətində tətbiq olunan oruc qadağasına kəskin reaksiya göstərib.

318948
Tətbiq olunan oruc qadağasına kəskin reaksiya göstərilib

Dünya Müsəlman Alimlər Birliyi Çinin Sincan Uyğur Muxtar Vilayətində tətbiq olunan oruc qadağasına kəskin reaksiya göstərib.
Birliyin məlumatında bildirilir ki, Çin höküməti müsəlmanların haqq və dini inanclarına hörmətlə yanaşmalıdır. Hökumətdən müsəlmanlar barəsində öz istəklərinə uygun verdikləri qərardan əl çıkməsi istənib. İslam Əməkdaşlıq Təşkilatı və beynəlxalq təşkilatlar da Çindəki müsəlmanları müdafiə etmək üçün lazımı addımları atmağa çağırılıb.
Dünya Müsəlman Alimlər Birliyi bildirir ki, Sincan Uyğur Muxtar Vilayətində müsəlmanlara qarşı davamlı tətbiq olunan dini və etnik davranışlar həm beynəlxalq, həm də Çinin yerli qanunlarına, həmçinin də Çin hökumətinin 1949-ci ildə özünün də təsdiqlədiyi IV Cenevrə Müqaviləsinə ziddir. Bu da beynəlxalq müasir qanunların ən vacib təməllərindən birinin açıq şəkildə pozulması kimi qəbul edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr