İsrail rüşvətdə ittiham edilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) xarici şirkət və şəxslərin İsraildəki şirkət və şəxslərə rüşvət verdiyi iddialarıyla əlaqədar hesabat açıqlayıb.

319038
İsrail rüşvətdə ittiham edilib

  OECD rüşvətlə mübarizə iş qrupu tərəfindən 24 iyunda dərc olunan hesabatda bildirilir ki, İsrailə bu barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, qanunvericiliyində lazımi tənzimləmələri etməyib.

  Son 7 ildə xaricilərin İsraildə adam və şirkətlərə rüşvət verdiyi iddiasıyla əlaqədar ortaya atılan 14 ayrı-ayrı ittiham haqqında olan hesabatda İsrail hökumətinin bu günə qədər bmövzuda heç kimi mühakimə və məhkum etmədiyindən narahatlıq ifadə edilib və OECD iş qrupunun bu iddiaları yaxından təqib edəcəyi bildirilib.

  Hesabatın tövsiyə hissəsində İsrail hökumətindən xaricilərin ölkədə rüşvət paylaması ilə əlaqədar iddiaları ətraflı araşdırması, rüşvətlə mübarizədə qanuni nizamnamə hazırlaması və bir il içində edilən tövsiyələrin yerinə yetirilməsilə bağlı cavab istənilib.

  Qeyd edək ki, rüşvətlə mübarizə iş qrupu 34 üzvlü OECD nümayəndələrindən ibarətdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr