Dinləmələrlə bağlı yeni məlumatlar

Amerika Milli Təhlükəsizlik Agentliyinin dinləmələri ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

318812
Dinləmələrlə bağlı yeni məlumatlar

Amerika Milli Təhlükəsizlik Agentliyinin dinləmələri ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Wikileaks Agentliyin Fransanın keçmiş prezidentləri Jak Şirak və Nicholas Sarkozy ilə hazırki prezident Fransua Ollandı dinlədiyini açıqlayıb.
Dinləmələrin "qəbuledilməz" olduğunu ifadə edən Fransa isə müzakirələrin mərkəzi olaraq öz dinləmə qanununu məclisə təqdim edib.
Fransanın “Liberation” qəzeti Amerika Birləşmiş Ştatlarının Paris səfirliyi binasının ən yuxarı mərtəbəsində dinləmə mərkəzi qurulduğunu iddia edir.
Skandalın ortaya çıxmasının ardından prezident Olland Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib.
Milli Kəşfiyyat koordinatorunu təcili olaraq Vaşinqtona göndərən rəsmi Paris Amerika rəhbərliyindən casusluq edilməyəcəyinə dair yazılı zəmanət istəyib.
Parisdəki Amerika səfiri də Fransa Xarici İşlər Nazirliyinə çağırılıb. Amerika isə iddiaları qismən rədd edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr