Avstraliyada terrorla mübarizəyə aid qanun layihəsi

Avstraliya terrorla mübarizə məsələsində yeni bir addım atdı.

316454
Avstraliyada  terrorla mübarizəyə aid qanun layihəsi

Avstraliya Federal Hökuməti terror fəaliyyəti göstərən ikili vətəndaşlığı olan şəxslərin Avstraliya vətəndaşlığının ləğv edilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etdi.
Avstraliya Miqrasiya Naziri tərəfindən təqdim olunan qanun layihəsinə görə ölkədə və xaricdə terror fəaliyyəti göstərənlərin, təlim alanların, terrora maddi dəstək göstərənlərin və yardım toplayanların vətəndaşlıqları avtomatik olaraq ləğv olur.
Layihədə həm də, xarici ölkələrdə terror qruplaşmalarına yardım edən, və ya vətənə xəyanət, cəsusluq edən, terror cinayəti işləyən, terror hucumları edən şəxslərin Avstraliya vətəndaşlığından məhrum olacaqları nəzərdə tutulur.
Qanun layihəsi Miqrasiya Nazirinə məhkəmə qərarı çıxmadan ikili vətəndaşlığı olanların pasportlarını ləğv etmə səlahiyyəti verir.
Avstraliya Baş Naziri Tony Abbott Miqrasiya Nazirinə verilən bu səlahiyyətin konstitusiyaya zidd olması barədə söylənilən tənqidlərə :“Səlahiyyət nazirə deyil, qanuna verilmişdir” deyə cavab verib.
Avstraliya parlamentinə təqdim olunan qanun layihələri senat və parlamentdə müzakirə olunaraq təsdiqləndikdən sonra Avstraliya Ali Məhkəməsinin qərarı ilə qüvvəyə minir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr