Yaxın Şərq Tənəffüs Sindromu

315389
Yaxın Şərq Tənəffüs Sindromu

Dünya Sağlamlıq Təşkilatı sözçüsü Christian Lindmeier corona virusunun yol açdığı yoluxucu tənəffüs yolu xəstəliyi MERS səbəbiylə 2012-ci ildən bu yana dünyada 471 adamın öldüyünü açıqladı.

Lindmeier  Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində təşkil etdiyi mətbuat konfransında, üçüncü ilinǝ girilən epidemiyada bu ana qədər 1334 hadisə təsbit edildiyini bildirdi.

MERS olaraq bilinən "Yaxın Şərq Tənəffüs Sindromu"  ilk dəfə Səudiyyə Ərəbistanında 2012-ci ildə tapıldı. 

MERS xǝstǝliyi və ölümlərin çoxu  Səudiyyə Ərəbistanında müəyyən olundu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr