Gombul uşaqların sayı artır

Ümumdünya Səhiyyə Təşkilatı obez uşaq sayının 10 il sonra 70 milyona çatacağı barədə xəbərdarlıq edib.

315200
Gombul uşaqların sayı artır

  Təşkilatın direktoru Marqaret Çan (Margaret Chan) Honq Konqda (Hong Kong) təşkil edilən Uşaqlıqda Obezite Sonlandırma Komissiyasının Konfransında uşaqlıqda obezite təhlükəsinə təcili müdaxilə olunması və ölkə rəhbərliklərinin də bu mübarizəyə liderlik etməsi lazım olduğunu söyləyib.

  Sağlıqsız qida və içkilərin məhdudlaşdırılmasını vacib sayan Çan “uşaqlıqda obezitenin həyat tərzindən deyil, ekoloji təsir və hökumətlərin siyasətlərindən qaynaqlandığını” bildirib.

  Çan uşaqlıqda obezitenin səbəblərinə toxunaraq: "Ən böyük zərər həddindən artıq şirin meyvə suları, şəkərli içkilər, çox işlənmiş, enerjili və dəyəri aşağı olan qidalardan gəlir. Ümumiyyətlə, ucuz məhsullar yoxsul cəmiyyətlərdə daha çox istehlak edilir. Bu baxımdan obez uşaq inkişaf etməkdə olan ölkələrdə daha çoxdur" deyib.

  Konfransda Ümumdünya Səhiyyə Təşkilatının uşaqlıqda obezite rəqəmləri barədə açıqlaması səslənib. Hesabata görə, 1990-cı ildə 32 milyondan çox şişman (obez) uşaq var ididsə, 2013-cü ildə 42 milyon olub, mövcud meyil davam edərsə, 2025-ci ildə bu rəqəm 70 milyona yüksələcək.

  Qeyd edək ki, obezite bədənin yağ kütləsinin yağsız kütləyə nisbətinin həddindən artıq artması nəticəsində boy uzunluğuna görə bədən ağırlığının səviyyədən üstün olmasıdır. Buna ağır çəki xətəliyi və şişmanlıq da deyilir. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr