Yaxın Şərq sülh danışıqları yenidən canlandırılır

Fransa Xarici İşlər naziri Loran Fabius İsrailin Baş naziri Binyamin Netanyahu ilə Qüdsdə bir araya gəlib.

313056
  Yaxın Şərq sülh danışıqları yenidən canlandırılır

  Fabiusun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa İttifaqı və Ərəb ölkələrinin dəstəyilə sülh müzakirələrinə yenidən başlanmasını nəzərdə tutan cəhdi bir yoxlama kimi ifadə edilib. Baş nazir Benyamin Netanyahu isə Fransanın bu cəhdini "beynəlxalq diktə" adlandırıb.

  Netanyahu, həmçinin, danışıqların ikitərəfli müzakirələrlə reallaşdırıla biləcəyini bildirib.

  Fabius Netanyahu ilə görüşündən sonra açıqlamalar verərək İsrail tərəfindən gələn reaksiyaları cavablandırıb: "Danışıqlar ekspertlərin biləcəyi bir işdir, lakin bu məsələyə beynəlxalq dəstək verilməyəcək anlamına da gəlməz”.

  Loran Fabius hər iki tərəfdə də müzakirələrə başlama niyyəti hiss etdiyini ifadə edərək bunu bir təşəbbüsə çevirmək üçün Avropa ittifaqı, Amerika Birləşmiş Ştatları və Rusiya ilə fikir mübadiləsi aparılacağını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr