ABŞ-da Ticarəti İnkişaf Səlahiyyəti

Amerika Birləşmiş Ştatları Nümayəndələr Məclisi prezident Barak Obamaya Ticarəti İnkişaf Səlahiyyəti verilməsilə bağlı mübahisəli qanun layihəsini təsdiqləyib. Layihə 208-ə qarşı 218 səslə qəbul edilib.

309498
ABŞ-da Ticarəti İnkişaf Səlahiyyəti

  Konqresin prezidentin imzaladığı razılaşma şərtlərini dəyişdirmə hüququndan imtinanı nəzərdə tutan qanun layihəsi rəsmi olaraq "Sürətli Qanunvericilik Səlahiyyəti" adlandırılıb.

  Qanun layihəsinin qüvvəyə minməsi üçün onu əvvəl Senat, sonra Obama təsdiq etməlidir. Tam qəbul edilərsə, bu, o deməkdir ki, Konqres Obamanın imzaladığı müqavilələrə yalnız münasibət bildirə biləcək, şərtləri isə dəyişdirə bilməyəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr