Qaçqınların sayı 8 milyon 300 min artıb

“2014-cü ildə qaçqınların sayı 60 milyona yaxınlaşıb və bu rəqəm əvvəlki illə müqayisədə 8 milyon 300 min artıb”.

309271
Qaçqınların sayı 8 milyon 300 min artıb

Bu barədə Birləşmiş Millətlər Təşkilatının təqdim etdiyi hesabatda deyilir. Bu, İkinci Dünya müharibəsindən bu yana müşahidə edilən ən böyük rəqəmdir.
BMT-nin hesabatı 19 milyon 500 min nəfər qaçqını, 38 milyon 200 min evsiz insanı və hələ də sığınacaq gözləyən 1 milyon 800 min insanı əhatə edir. Bu hesabla dünyadakı hər 122 nəfərdən biri ya qaçqın ya da məcburi köçkündür. Bu çarəsiz insanların Avropaya keçmək yolu isə təhlükəli Aralıq dənizi sularından keçir.
28 Avropa İttifaqı ölkəsi arasında ən çox sığınacaq müraciətinin edildiyi ölkə isə Almaniyadır. 4 ildir vətəndaş müharibəsilə çalxalanan Suriya isə qaçqın sayına görə ən öndə gedən ölkədir. Ölkədə 11 milyon 600 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr