Fələstin birlik hökuməti istefa edəcək

Fələstin dövlət başçısı Mahmud Abbasın Həmasla qurulan birlik (koalisiya) hökumətinin 24 saat içində istefasını təqdim edəcəyi fikri səslənib.

306618
Fələstin birlik hökuməti istefa edəcək

  Fəth Hərəkatından verilən məlumata görə, Mahmud Abbas Fəth İnqilab Şurası konfransında birlik hökumətinin 24 saat içində istefasını təqdim edəcəyini söyləyib.

  İstefa qərarı "hökumətin çox zəif olması və Həmasın hökumətin Qəzzada heç bir şey etməsinə icazə verməməsi" ilə izah edilib.

  Xatırladaq ki, Fələstində Həmas və Fəth hərəkatları 7 illik fasilədədn sonra əldə olunan milli razılaşma çərçivəsində 2 iyun 2014-cü ildə koalisiya hökuməti qurmuşdular. Bu hökumətin Qəzzadakı səriştəsizliyi keçən il İsrailin etdiyi hücumlardan böyük bir dağıtmaya məruz qalan şəhərin yenidən inşasını da yavaşladıb.

  Yeni qurulacaq hökumətdə isə Həmasın yer alıb-almayacağı hələ məlum deyil.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr