Amerikada işgəncə qadağası qanuna minəcək

Amerika Birləşmiş Ştatları Senatı nəzarətdə saxlanılan adamlara işgəncə tətbiq olunmasını qanuni təminat altına almaq üçün tənzimləmələr edir.

306682
Amerikada işgəncə qadağası qanuna minəcək

  Milli Müdafiə Nazirliyinin Səlahiyyət Aktı Qanununa əlavə maddə olaraq təqdim edilən təklif layihəsi 21 əlehyinə, 78 lehinə səs çoxluğuyla qəbul olunub.

  Qanun təklifi, xüsusən, 11 sentyabr hadisələrindən sonra CİA-nın (Amerika Mərkəzi Xəbər Alma Təşkilatı) nəzarətində olanlara tətbiq edilən, "suallara cavab alma üsulları" adı altında verilən işgəncə metodlarını qadağan edir.

  Qanun həm də Beynəlxalq Qızıl Xaç Komitəsinə Amerika Birləşmiş Ştatlarında olan məhbuslara giriş təmin etmə imkanı verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr