Krım tatarlarının hüquqlarının pozulduğuna dair sǝnǝdlǝr qeydǝ a

Krımdakı insan haqlarının pozulması ilǝ bağlı mǝsǝlǝni tǝdqiq etmǝk üzrǝ bölgǝyǝ göndǝrilǝn qeyri-rǝsmi Türk heyǝtinin hesabatı yayımlanıb.

306245
Krım tatarlarının hüquqlarının pozulduğuna dair sǝnǝdlǝr qeydǝ a

Krım tatarlarının hüquqlarının pozulduğuna dair sǝnǝdlǝr qeydǝ alınıb.
Krımdakı insan haqlarının pozulması ilǝ bağlı mǝsǝlǝni tǝdqiq etmǝk üzrǝ bölgǝyǝ göndǝrilǝn qeyri-rǝsmi Türk heyǝtinin hesabatı yayımlanıb. Bu hesabat Rusiyanın bölgǝni ilhaq etmǝsindǝn sonra insan haqlarının ǝn ciddi sǝviyyǝdǝ tapdalandığını qeydǝ alıb.
“Rusiya Federasiyasının Krımı İlhaqından sonra Krım Tatarlarının Vǝziyyǝti” başlıqlı hesabatda bildirilib ki, 26-30 aprel tarixlǝrindǝ qeyri-rǝsmi Türk heyǝti tǝrǝfindǝn Kiyev vǝ Krımda hǝyata keçirilǝn müzakirǝlǝr dǝyǝrlǝndirilib.
Hesabatda ilk planda fǝaliyyǝtdǝ olan idarǝ dövründǝ Krım Tatarlarına vǝ qabaqçıllarına edilǝn tǝzyiqlǝrin artdığına vǝ Krım Tatar Milli Mǝlcisinin üzvlǝrini etibarsızlaşdırma vǝ nüfuzunu itirmǝ siyasǝti izlǝdiyinǝ, evlǝrinǝ basqınlar etdiyinǝ vǝ sistemli şǝkildǝ ifadǝ vermǝyǝ çağrıldıqlarına diqqǝt çǝkilib.
Hesabatda bildirilib ki, görüşlǝrdǝ Krım Tatarlarının böyük ǝksǝriyyǝti Rusiya Federasiyasının vǝtǝndaşlığına qǝbul edilib. Rusiya Federasiyası vǝtǝndaşlığını qǝbul etmǝyǝn bütün Krımlıların hǝr hansı bir vǝtǝndaşlıq hüququndan istifadǝ edǝ bilmǝlǝrinin bǝhs mövzusu olmadığı sübuta yetirilmişdir.
Krımın ilhaqından sonra Krım tatarcasının rǝsmi dil kimi qǝbul edilmǝsinǝ baxmayaraq bunun gündǝlik hǝyata ǝks etdirilmǝdiyi, mǝktǝblǝrdǝ Krım tatarca dǝrs saatlarının ixtisar, Ukrayna hakimiyyǝti dövründǝ çap edilǝn kitabların istifadǝsinin qadağan edildiyi, ruscanı ön plana çıxaran tǝhsil siyasǝtinin izlǝndiyi dǝ hesabatda qeyd edilib.
Hesabatda Krım tatarlarının fǝrdi olaraq dini ibadǝtlǝrini yerinǝ yetirmǝ mövzusunda hǝr hansı maneǝ ilǝ üzlǝşmǝdiklǝri, digǝr tǝrǝfdǝn hakimiyyǝtdǝ olan idarǝnin, Rusiya Federasiyası qanunları istiqamǝtindǝ dini tǝşkilatlar vǝ müǝssisǝlǝr üzǝrindǝki dövlǝt nǝzarǝtini artırmaq barǝdǝ addımlar atdığı, bu mǝqsǝdlǝ dǝyişik tǝşkilatlanmalara dǝstǝk verildiyinin müǝyyǝn edildiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr