Suriyalı türkmənlər Türkiyəyə minnətdarlıq edib

“Türkiyənin yardımları ilə daha da güclənərək məqsədimizə çatacağıq”

303392
Suriyalı türkmənlər Türkiyəyə minnətdarlıq edib

Suriyada rejimə qarşı mübarizə aparan İkinci Sahil Diviziyası Komandiri Bəşər Molla, "Dörd ildir rejimə qarşı döyüşürük. Savaşımıza davam edəcəyik. Türkmən Dağı ətrafındakı hərbi fəaliyyətlərimiz davam edir" deyə bildirib.
Moll, Keseb bölgəsində təxminən 60 kilometrlik bir xətti tutduqlarını və bu xətdə rejimlə bağlı qüvvələr ilə şiddətli qarşıdurmalar baş verdiyini də vurğulayıb.
Türkiyəyə yardımlara görə təşəkker edən Bəşər Molla, “Buradakı Yardımlar sayəsində mübarizəmizə davam edəcəyik. Ümid edirik ki, Türkiyənin yardımları ilə daha da güclənərək məqsədimizə çatacağıq” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr