İsrailin törətdiyi qətliamda cinayət təsbit edilməyib

4 uşağın ölümüylə bağlı cinayət işinə xitam verib.

302479
İsrailin törətdiyi qətliamda cinayət təsbit edilməyib

İsrailin törətdiyi qətliamda cinayət təsbit edilməyib.

4 uşağın ölümüylə bağlı cinayət işinə xitam verib.

İsrail Hərbi Prokurorluğu 17 iyul 2014 tarixində Qəzza sahilində futbol oynayarkən İsrail döyüş təyyarələri tərəfindən vurulan 4 uşağın ölümüylə bağlı cinayət işinə xitam verib.
Jurnalistlərin qaldığı otelin yaxınlığında baş verən cinayətlə bağlı istintaqa heç kim cəza almadan son verilib.
İsrail ordusunun sözçüsü pilotların, uşaqları qəsdən öldürmədiklərini və qanuna uyğun hərəkət etdiklərini bildirib.
Qeyd edək ki, İsrailin illərdir mühasirə altında tutduğu Qəzzaya 7 iyul 2014-cü ildə başlatdığı və 51 gün davam edən son hücumlarında, 2 mindən çox fələstinli həyatını itirib, 11 mindən çoxu isə yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr